Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq İsrailin “Makkabi” klubu səfər oyunu üçün bu gün İstanbula yollanacaq.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Giorqos Donis axşam saatlarında matçın oynanılacağı “Başakşəhər Fatih Terim” stadionunda son məşqini keçəcək.
Təl-Əviv təmsilçisinin çalışdırıcısı təxmini “11-liy”ini də artıq müəyyənləşdirib. 51 yaşlı çalışdırıcı itkilərin fonunda 4-4-2 taktiki sxemindən yararlanmağı planlaşdırır. “Makkabi”nin meydana aşağıdakı heyətlə çıxması gözlənilir.
Qapıçı: Daniel Tenenbaum
Müdafiəçilər: Maor Kandil, Luis Ernandes, Eytan Tibi, Ofir Davidzada
Yarımmüdafiəçilər: Dan Qlazer, Eyal Qolasa, Dor Perets, Dan Biton
Hücumçular: Yonatan Kohen, Aleksandar Peşiç
Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Makkabi” oyunu Bakı vaxtı ilə 21:55-də başlayacaq.
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi