“Çox yaxşı məşq həftəsi keçmişik, oyuna hazırıq".
Apasport.az saytının məlumatına görə, bunu İrlandiya yığmasının baş məşqçisi Stefen Kenni DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla keçiriləcək oyun barədə danışarkən deyib.
50 yaşlı çalışdırıcı sabah Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- İrlandiya mətbuat istefa vermək ehtimalınızın yüksək olduğunu yazıb. Bu amil sizi təzyiq altına salmır?
- Hər yazılana inanmaq lazım deyil. Özümü təzyiq altında hiss etmirəm. Portuqaliyaya son dəqiqələrdə gələn qolla uduzsaq da, Serbiya ilə heç-heçə bizdə özünəinam yaratdı. Bu özünəinam sabahkı oyunda qələbə qazanmaq ümidimizi artırır.
- Azərbaycan millisini necə xarakterizə edərdiz? Xüsusi diqqətinizi çəkən futbolçu var?
- Azərbaycan yığmasının bütün oyunlarını izləmişik. Serbiya onlara son dəqiqələrdə qələbə qolunu vurdu, Portuqaliya minimum fərqlə qalib gəldi. Biz isə sabah qələbəyə oyunumuzla layiq olmaq istəyirik. Ümid edirik ki, buna da nail olacağıq. Bura bir gün tez gəldik, bu da bizim üçün müsbət məqamdır. Bu gün də sonra məşqimizi keçib sabahkı görüşə hazır olacağıq.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər