"Mançester Siti" hücumçusu Rahim Sterlinqi komandada saxlamaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, "şəhərlilər" hətta avrokuboklardan ikiillik uzaqlaşdırılmalarına baxmayaraq, ulduz futbolçunu satmaq istəmir.
İngilislər 26 yaşlı ön xətt oyunçusunu buna razı salmaq üçün ona yeni müqavilə təklif ediblər. Premyer Liqa təmsilçisi Sterlinqlə müqavilə müddətini 2024-cü ilə qədər uzatmaq və maaşını 20 milyon avroya çatdırmaq fikrindədir. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Rahim Sterlinq cari mövsüm Premyer Liqada 24 oyunda meydana çıxıb, 11 qol vurub, 2 məhsuldar ötürmə verib.