Suaresin Premyer Liqa arzusu
19.01.2022 - 22:02
Suaresin Premyer Liqa arzusu

“Atletiko”nun futbolçusu Luis Suares karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Amerika və Asiya klublarından cəlbedici təkliflər alan uruqvaylı hücumçu çıxışını Avropada davam etdirməkdə maraqlıdır.

Suares “Aston Villa”da oynamaq istəyindədir. O, “Liverpul”da birgə çıxış etdiyi Stiven Cerrardın rəhbərliyi altında oynamağı planlaşdırır.

Qeyd edək ki, Luis cari mövsümün 25 matçında 8 qol vurub.