İngiltərə millisinin sabiq hücumçusu Darren Bent “Mançester Yunayted”in hazırkı durumunu dəyərləndirib.
Apasport.az saytının məlumatına görə, 37 yaşlı keçmiş oyunçu baş məşqçi Ole-Qunnar Sulşerə məsləhət də verib.
Bentin fikrincə, Edinson Kavani hücumda komandaya Kriştiano Ronaldodan daha çox xeyir verər: “Sulşer bir neçə vacib qərar qəbul etməlidir. Məsələn, Ronaldo yaxşıdır, amma enerji, pressinq, meydanda işləmək baxımından Kavani ondan daha yaxşı seçim olar. Edinson meydançaya çıxanda qaçır, irəlidə pressinq edir. Sulşer hücumda aqressivliyi artırmaq istəyirsə, Ronaldonu ehtiyatda saxlayıb, Kavanini oynatmalıdır. O, postunda uzun müddət qalmağı düşünürsə, mühüm oyunçulardan imtina etməyi də bacarmalıdır”.
Qeyd edək ki, Kavani bu mövsüm Premyer Liqada cəmi 4 matçda iştirak edib.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir