Super Liqa klubu yeni baş məşqçisini açıqladı
27.10.2021 - 15:13
“Kasımpaşa” yeni baş məşqçisini müəyyənləşdirib.
Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi bu posta Hakan Kutlunu gətirib.
Mövsümə uğursuz start götürən komandanın ardıcıl məğlubiyyətləri rəhbərliyin Cihat Arslanla yolları ayırmasına səbəb olub. Onun əvəzinə təyin edilən Hakan Kutlu artıq ilk məşqinə də çıxıb. 49 yaşlı mütəxəssis son olaraq bu il “Dənizlispor”a rəhbərlik edib.
Qeyd edək ki, “Kasımpaşa” Super Liqada 10 turdan sonra 6 xalla 19-cu pillədə qərarlaşır.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0