Superkubokun finalını buraxacaq – koronavirusa görə
14.01.2022 - 13:16
Superkubokun finalını buraxacaq – koronavirusa görə

Daha bir məşhur futbolçu koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, “Real”ın futbolçusu Dani Karvaxalın testi müsbət nəticələnib.

30 yaşlı ispaniyalı müdafiəçi təcrid olunub. O, Superkubokun final görüşünü buraxmalı olacaq.

Qeyd edək ki, “Real” yanvarın 16-da baş tutacaq finalda “Atletik”lə üz-üzə gələcək.