Qış transfer dönəminin çalışmalarına başlayan Türkiyənin “Qalatasaray” klubu bir neçə futbolçusu ilə yollarını ayırmaq fikrindədir.
Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi bununla yeni transferlər üçün heyəti boşaltmağı planlaşdırır.
Avropa klublarının maraq dairəsində olan müdafiəçilər Markao və Kristian Luyindamadan biri sərfəli təklif qarşılığında satılacaq. Eyni zamanda “Stok Siti”dən icarəyə götürülən Peter Etebonun da geri qaytarılması nəzərdə tutulub.
Baş məşqçi Fatih Terim sürpriz qərarı hücum xətti ilə bağlı verib. Təcrübəli mütəxəssis ön xəttə yeni oyunçular alınmaq şərti ilə Radamel Falkao və Mbaye Dianın satılmasını istəyib. Bu, adıçəkilən oyunçuların yüksək məvacibi ilə bağlıdır. “Cim-bom” rəhbərliyi Falkaonu satmağı, Dianı isə icarəyə verməyi düşünür.
Qeyd edək ki, “Qalatasaray” hazırda Super Liqada 26 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”