Taleyi "Sumqayıt"dan asılı Qomes, Sadıqov üçün "Qarabağ" imtahanı - dövrə bitir
23.10.2020 - 14:53
Taleyi "Sumqayıt"dan asılı Qomes, Sadıqov üçün "Qarabağ" imtahanı  - dövrə bitir

Bu həftə Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, dövrənin son turunun qarşılaşmaları iki günü əhatə edəcək.

VII tur Qəbələdə başlayacaq. İlk dövrəni sonuncu pillədə bitirəcək komanda autsayderlərin duelində bəlli olacaq. Qələbəsi olmayan “Qəbələ” eyni xala malik olduğu “Səbail”lə görüşəcək.

İlk oyun günü paytaxt derbisi ilə başa çatacaq. Turnir cədvəlində qonşu olan “Keşlə” və “Neftçi” üz-üzə gələcək. Liderlərin büdrəyəcəyi halda dövrəni zirvədə bitirmək şansı olan bakılılar derbidən qalib ayrılmağa çalışacaq.

Çempionatın sürpriz lideri “Sumqayıt” “Sabah”ın qonağı olacaq. Ayxan Abbasovun yetirmələri mövqeyini itirməmək üçün qalib gəlməyə çalışacaq. Meydan sahibləri isə baş məşqçisi Visente Qomesin kreslosunun laxlamaması üçün məğlubiyyət seriyasını qırmalıdır. Bəlkə də bu qarşılaşma onun üçün son şans sayıla bilər. 

Bir oyunu təxirə salınan dövrənin son görüşü Zirədə keçiriləcək. Liderin bir addımlığında olan Bakı təmsilçisi son çempion “Qarabağ”la qarşılaşacaq. Bu, meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqovun uzun illər şərəfini qoruduğu Ağdam klubuna qarşı ilk sınağı olacaq.

Azərbaycan Premyer Liqası
VII tur
24 oktyabr (şənbə)
14:00. “Qəbələ” – “Səbail” 

Qəbələ şəhər stadionu 

16:00. “Keşlə” – “Neftçi”
“ASK Arena” 

25 oktyabr (bazar)

14:00. “Sabah” – “Sumqayıt”
“Bank Respublika Arena” 

16:00. “Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksinin stadionu

1

Sumqayıt

6

3

2

1

9-6

11

2

Zirə

6

3

1

2

8-8

10

3

Neftçi

6

3

1

2

6-6

10

4

Keşlə

6

2

3

1

6-4

9

5

Qarabağ

5

2

2

1

8-4

8

6

Sabah

6

2

0

4

6-7

6

7

Səbail

5

1

1

3

6-8

4

8

Qəbələ

6

0

4

2

3-9

4

Bombardir: Əli Qurbani ("Sumqayıt") - 5 qol.

0