“Lill” klubunun yarımmüdafiəçisi Renato Sançes komandasını dəyişməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya millisinin üzvü özü açıqlayıb.
24 yaşlı orta sahə oyunçusu yenidən böyük klublardan birinə keçəcəyini söyləyib: “Menecerimlə danışdım. Hazırda hansı klubların mənimlə maraqlandığını bilirəm. Əminəm ki, bu çağırışa hazıram. Hər hansı təklif olarsa, hansının mənim üçün ən yaxşı variant olacağını düşünəcəyəm”.
Qeyd edək ki, “Lill”ə 2019-cu ildə “Bavariya”dan keçən Renato Sançes “Arsenal”, “Barselona”, “Liverpul” və “Mançester Yunayted”in maraq dairəsindədir.