Tanınmış menecer reanimasiyadadır
21.01.2022 - 11:55
Tanınmış futbol meneceri Mino Rayolanın səhhəti pisləşib.
Apasport.az saytının “Bild” nəşrinə istinadən məlumatına görə, ulduz futbolçularla işləyən italiyalı agent bir müddətdir xəstəxanadadır.
54 yaşlı Rayola ağciyər xəstəliyinə görə Milanın San Raffaele klinikasına yerləşdirilib. Menecer reanimasiyada olsa da, səhhətinin bir qədər yaxşılaşdığı bildirilib. Həkimlər hələlik hər hansı bir əməliyyata ehtiyac olmadığını açıqlayıb.
Qeyd edək ki, Mino Rayola Erlinq Haland, Zlatan İbrahimoviç, Pol Poqba, Canluici Donnarumma kimi dünya ulduzlarını təmsil edir.
0
0