Bəzi qardaşların taleyi bir-birinə çox bənzəyir.
Apasport.az saytının məlumatına görə, futbol sahəsində də bəzən bir ailədən 2 və ya 3 qardaş çıxır.
Qardaşlar arasında rəqabət, yaşıl meydanlarda üz-üzə gəlmələri tez-tez rast gəlinən hadisə deyil. Ancaq elələri də var ki, karyerası qardaşınınkı qədər uğurlu alınmır, onun kölgəsində qalır. Axı "futbol oynayan qardaşların hamısı istedadlı olmalıdır" deyə bir qanun yoxdur. Göz önündə olan, tanınmış bir çox futbolçu var ki, onların qardaşının da bu peşə sahibi olmasndan çoxları xəbərsizdir. "Ulduzlar" rubrikasında bu dəfə məhz həmin mövzuya aid bir neçə oyunçuya nəzər yetirəcəyik.
Əfsanəvi Dieqo Armando Maradona çoxları tərəfindən bütün dövrlərin ən yaxşı futbolçusu hesab edilir. Onun 1969-cu il təvəllüdlü qardaşı Uqo Ernan Maradona da vaxtilə futbolçu olub. Ancaq başı ilə topu heç 10 dəfə çiləməyi bacarmayıb. Dieqonun vasitəçiliyi ilə klub tapmaqda problemi olmasa da, getdiyi hər yerdə qardaşının adını batırıb. Təsadüfi deyil ki, İtaliya çempionatları tarixinin ən uğursuz transferləri arasında göstərilir.

Türkiyə futbol tarixinin ən yaxşıları sayılan Tanju Çolak və Hakan Şükürün də qardaşı futbolla məşğul olublar. Yücel Çolak və Gökhan Şükür qardaşlarının hesabına hətta "Qalatasaray" formasını da geyiniblər. Tanju ilə Hakan nə qədər güclü futbolçu idilərsə, qardaşları da bir o qədər zəif olublar.

Kaka "Milan"a keçəndə könlü xoş olsun deyə qardaşı Diqaoya da "rossonyerlər"in formasını geyindirdilər. Ancaq qardaşından fərqli olaraq, varlığı ilə yoxluğu bilinməyən Diqao "Rimini"yə icarəyə verildi. Kakanın "Real"a transferi gündəmdə olduğu vaxt onun gedişinin qarşısının alınması üçün Diqao geri qaytarılmış, onunla yan-yana otaqda yerləşdirilmişdi.

Bir çox gəncə futbolu sevdirən Ronaldinyo yaşıl meydanlarda xarüqələr yaratdığı dövrdə böyük qardaşı Roberto de Assis onun pulunu sağa-sola xərcləməklə məşğul olub. Qardaşından futbolçu olmayacağını görən Ronaldinyo ona meneceri olmasını təklif edib.

Karl-Haynz Rummeniggenin qardaşı Mixael Rummenigge digərlərindən fərqli heç də zəif futbolçu olmayıb. 309 Bundesliqa matçında 80 qol vurub, 7 il "Bavariya"nın formasını geyinib. Ancaq hər kəs Rummenigge kimi yalnız Karl-Haynzı tanıdı.

Uzun illərdir dünyanın ən güclü mərkəz hücumçuları sırasında göstərilən Edinson Kavani hazırda PSJ-nin formasını geyinir. Ancaq onun qardaşı Valter Quqlemonun karyerası zəif futbol ölkələrini gəzməklə keçib. Bu siyahıda Azərbaycan da var. Uruqvaylı forvard 2007-2009-cu illərdə "İnter", 2009-2010-cu illərdə isə "Neftçi"nin formasını geyinib. Tez-tez klub dəyişən Quqlemon 2012-ci ildə karyerasını başa vuraraq qardaşının menecerliyini etməyə başladı.
Tanınmış - tanınmamış qardaşların bir neçəsi:
Dieqo Armando - Uqo Ernan Maradona
Qonsalo - Federiko İquain
Kaka- Diqao
Ronaldinyo - Roberto de Assis
Karl-Haynz - Mixael Rummenigge
Edinson Kavani - Valter Quqlemon
Xabi - Mikel Alonso
Pyer-Emerik - Uilyam Fils - Katalina Obameyanq
Kristian - Massimiliano Vieyri
Kilian Mbappe - Jires Kembo Ekoko
Eden - Torqan - Kilian Azar
Romelu - Cordan Lukaku
Pol - Florentin - Matias Poqba
Nemanya - Uroş Matiç
Şota - Arçil Arveladze
Tanju - Yücel Çolak
Hakan - Gökhan Şükür
Salomon - Bonavantyur Kalu
Qranit - Tauland Xaka
Adrian - Sabin İlie
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı