Azərbaycan futzal millisi tarixində ilk dəfə Rusiya yığmasına qalib gəlib.
Apasport.az saytının məlumatına görə, DÇ-2020-nin elit-raundunun Xorvatiyadakı görüşündə 4:3 hesabı ilə qələbə qazanan komandamız bunadək şimallıları məğlub etməyib.
Dünya futzalının liderlərindən olan Rusiya ilə indiyədək 8 qarşılaşma baş tutub. Təmsilçimizin ən böyük uğuru heç-heçə olub. 7 dəfə uduzan yığma dəfələrlə böyük hesabla darmadağına üzülüb.
Bu dəfə isə Joze Alesionun yetirmələri tarixdə ilk dəfə belə güclü rəqibə qalib gəlib.
Qeyd edək ki, əvvəlki 8 oyundan ikisi yoxlama oyunu, ikisi beynəlxalq turnirdə olubsa, 4 görüş rəsmi xarakterli böyük yarışların seçmə, final və pley-offuna təsadüf edib.
20.01.2001. YO. Rusiya – Azərbaycan – 6:1
21.01.2001. YO. Rusiya – Azərbaycan – 10:1
27.01.2004. AÇSO. Rusiya – Azərbaycan – 5:0 /Serbiya/
27.03.2012. DÇSO-P. Azərbaycan – Rusiya – 2:3
09.04.2012. DÇSO-P. Rusiya – Azərbaycan – 2:2
09.02.2016 AÇ. Azərbaycan – Rusiya 2:6 /Serbiya/
04.12.2017. BT. Rusiya – Azərbaycan – 4:3 /İran/
22.09.2019. BT. Azərbaycan – Rusiya – 1:2 /Rusiya/
30.01.2020. DÇSO. Azərbaycan – Rusiya – 4:3 /Xorvatiya/
Qeyd: YO – yoxlama oyunu, BT – beynəlxalq turnir, AÇ – Avropa çempionatının final mərhələsi, AÇSO – Avropa çempionatının seçmə oyunu, DÇSO – dünya çempionatının seçmə oyunu, P – pley-off.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı