Tarixi göstərici - Ronaldodan
24.05.2021 - 11:00
“Yuventus”un hücumçusu Kriştianu Ronaldo tarixi göstəriciyə imza atıb.
Apasport.az saytının məlumatına görə, portuqaliyalı superulduz A seriyasında mövsümü bombardir kimi tamamlayıb.
33 matçda 29 qol vuran 36 yaşlı forvard karyerası ərzində İngiltərə Premyer Liqası, İspaniya La Liqası və İtaliya A seriyasında bombardir olan ilk futbolçu kimi tarixə düşüb. O, bu toplardan 6-nı penaltidən vurub.
Qeyd edək ki, Kriştiano Ronaldonun “Yuventus”la müqavilə müddəti gələn ilin yayına qədərdir. Turin təmsilçisi A seriyasında 4-cü yeri tutaraq, Çempionlar Liqasına vəsiqə qazanıb.
0
0