Niderland futbol tarixinin simvolik komandası müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ölkə futbol tarixinin ən yaxşı “11-liy”ini açıqlayıb.
Niderland tarixində ulduz futbolçular çox olduğundan, A, B və C komandaları formalaşdırılıb. Rəmzi komanda 3-4-3 sxeminə uyğun qurulub.
A komandası
Qapıçı: Edvin van der Sar;
Müdafiəçilər: Ronald Kuman, Yap Stam, Ruud Krol;
Yarımmüdafiəçilər: Frank Raykard, Yohan Neeskens, Vim van Hanegem, Yohan Kroyff;
Hücumçular: Rud Qullit, Marko van Basten, Rob Rensenbrink.
B komandası
Qapıçı: Hans van Breukelen;
Müdafiəçilər: Vim Suurbier, Rinus İsrael, Frank de Bur;
Yarımmüdafiəçilər: Arie Haan, Edqar Davids, Klarens Zedorf, Dennis Berqkamp;
Hücumçular: Aryen Robben, Patrik Klyuvert, Abe Lenstra.
C komandası
Qapıçı: Yan van Beveren;
Müdafiəçilər: Berri van Erle, Berry Hulşoff, Adri van Tiggelen;
Yarımmüdafiəçilər: Vim Yansen, Villi van de Kerkhof, Uesli Sneyder, Faas Vilkes;
Hücumçular: Yonni Rep, Rud van Nistelroy, Piet Keyzer.