Tarixində ikinci dəfə - Premyer Liqanın
23.05.2021 - 23:19
Tarixində ikinci dəfə - Premyer Liqanın

“Tottenhem”in hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasında mövsümü bombardir kimi tamamlayıb.

Apasport.az saytının məlumatına görə, “Lester”lə (4:2) son tur matçında da fərqlənən ulduz futbolçu 23 topla çempionatın ən məhsuldar oyunçusu olub.

27 yaşlı forvard bombardirliklə yanaşı, 14 assistlə həm də ən çox məhsuldar ötürmə verən oyunçu olub. O, bunu 35 matçda həyata keçirib. Keyn Premyer Liqa tarixində bir mövsümdə hər iki göstəricidə ən yaxşı olan ikinci oyunçudur.

Keynə qədər rekord Endi Koula məxsus idi. O, 1993/94 mövsümündə “Nyukasl”ın heyətində 34 qol vurub, 13 assist edib.