Teatra baxmağa getdi, səhnəyə çıxardılar
28.03.2022 - 12:10
Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi kuryoz hadisə ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı hücumçu yığmanın düşərgəsində olduğu müddətdə vətənində teatra gedib.
O, “İnmaduros” komediya tamaşasını zalda seyrçilər arasından izləmək istəyib. Lakin tamaşanın baş rollarından birinin ifaçısı aktyor Adrian Suar onun zalda əyləşdiyini elan edib və Messi səhnəyə çağırılıb. Futbolçu alqışlar altında səhnəyə çıxmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, Argentina son seçmə oyununda Venesuelanı 3:0 hesabı ilə məğlub edib.
- Arda Turanın komandası sabiq “Fənərbaxça”lını transfer etdi
- “Real”ın ulduzu İstanbul yolunda? – “Fənərbaxça” hərəkətə keçdi
- Dünya çempionu "Yuventus"a doğru: Martinezdə son mərhələ
- “Beşiktaş”da oynadı, “Fənərbaxça”ya keçir? – Danışıqlar başladı
- Çalhanoğlundan DÇ mesajı – “Hədəfim kuboku qaldırmaqdır”
0
0