Ten Haqın xahişi rədd edildi
22.04.2022 - 12:42
Ten Haqın xahişi rədd edildi

“Mançester Yunayted” rəhbərliyi gələcək baş məşqçisi Erik Ten Haqın xahişini rədd edib.

Apasport.az saytının məlumatına görə, 52 yaşlı mütəxəssis Stiv Maklarenin məşqçilər korpusuna qaytarılmasını istəyib.

Lakin mançesterlilər 1999-2001-ci illərdə Aleks Ferqyusonun köməkçisi olmuş Maklareni qaytarmaqdan boyun qaçırıb. Klub rəhbərliyinin belə imtinasının səbəbi bəlli deyil.

Qeyd edək ki, Maklaren karyerası ərzində “Midlsbro”, “Derbi”, “Tvente”də çalışıb. O, Niderland klubu ilə 2008/09 mövsümündə çempion olarkən Ten Haq onun köməkçiləri sırasında yer alıb.