Türkiyənin “Qalatasaray” klubunun prezidenti Mustafa Cengiz gələn il keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək.
Apasport.az saytının məlumatına görə, futbol funksioneri artıq ilk vədini verib.
O, postunda qalacağı təqdirdə baş məşqçi Fatih Terimin müqavilə müddətinin uzadılacağını açıqlayıb: “Yenidən prezident seçilsəm, Terimlə sözləşmənin müddəti yenilənəcək. Onun müqaviləsi 3+2 illikdir. Burada qalsaq, əlavə iki il də qüvvəyə minəcək. Növbəti rəhbərliyin işini asanlaşdırmaq üçün belə addım atmışdıq. Ancaq Terim hər rəhbərliklə işləməz”.
Qeyd edək ki, “Qalatasaray”da prezident seçkiləri koronavirus pandemiyası səbəbindən gələn il fevralın 28-nə qədər keçirilməyəcək.
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi