Tevez ad günündə təklif aldı
05.02.2022 - 14:45
Tevez ad günündə təklif aldı

Məşhur argentinalı futbolçu Karlos Tevez təklif alıb.

Apasport.az saytının məlumatına görə, bu gün 38 yaşını qeyd edən hücumçunun MLS-də iştirak imkanı yaranıb.

“Mançester Yunayted” və “Yuventus”un sabiq oyunçusu “Di Si Yunayted”dən təklif alıb. ABŞ təmsilçisi onunla bir mövsümlük müqavilə imzalamaq arzusundadır. MLS-də yeni mövsüm fevralın 26-da başlayacaq, oktyabrın 9-dək davam edəcək.

Qeyd edək ki, Karlos Tevezin son klubu ötən ilin yayında tərk etdiyi “Boka Xuniors” olub.