Azərbaycan Premyer Liqasında ən çox sarı vərəqə alan futbolçular bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunlar “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiçlə “Səbail”in müdafiəçisi Yurgen Qoxadır.
Hər iki oyunçu artıq 3 sarı vərəqə alıb. Mövsümün cəmi 4 turu oynanılsa da, Filiplə Yurgen artıq cəza təhlükəsi ilə üz-üzə qalıb.
Növbəti xəbərdarlıq onları bir matçlıq diskvalifikasiyaya məruz qoyacaq. 7 turluq ilk dövrədə belə cəza yaşamaq isə çox erkən sayılır.
Ozobiçlə Qoxa hər ikisi 4 matç keçirib. Onlar yalnız bir matçı vərəqə almadan başa vurublar.
Qeyd edək ki, V turda “Qarabağ” “Keşlə” ilə, “Səbail” “Zirə” ilə görüşəcək. VI turda oynamaq üçün Filiplə Yurgen artıq indidən ehtiyatlı davranmalıdır.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər