Tilsimi pokerlə qırdı - Lionel Messi
22.02.2020 - 21:06
Tilsimi pokerlə qırdı - Lionel Messi

İspaniya La Liqasının XXV turunda "Eybar"la keçirilən oyun "Barselona"nın kapitanı Lionel Messi üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, argentinalı superulduz komandasının 5:0 hesabı ilə qalib gəldiyi görüşdə pokerə imza atıb.

14, 37, 40 və 87-ci dəqiqələrdə fərqlənən Leo bununla qolsuz oyunlar seriyasına son qoyub. O, buna qədər La Liqanın son 4 matçında - "Xetafe" (2:1), "Betis" (3:2), "Levante" (2:1) və "Valensiya" (0:2) ilə görüşlərdə rəqib qapısına yol tapa bilməmişdi. Messinin 2014-cü ildən bəri ən uzun uğursuz seriyası 5-ci görüşdə qırılıb.

Qeyd edək ki, La Liqanın bombardirlər yarışına başçılıq edən Lionel Messinin aktivində 18 qol var.