Tofiq Bəhramovun xatirəsi yad olundu
29.01.2020 - 13:28
Tofiq Bəhramovun xatirəsi yad olundu

Bu gün dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun anadan olmasının 95-ci ildönümüdür.

Apasport.az saytının məlumatına görə, bununla əlaqədar xatirəsi yad olunub.

Veteran və hazırda fəaliyyətini davam etdirən hakimlər onun məzarını ziyarət ediblər.

Qeyd edək ki, 1993-cü ildə 68 yaşında dünyasını dəyişən T.Bəhramov iki dünya çempionatının – 1966 və 1970-ci illərdəki final mərhələlərində ədaləti qoruyub. O, DÇ-1966-nın İngiltərə və AFR arasında final qarşılaşmasının yan xətt hakimi olub və meydan sahiblərinin qələbəsində (4:2) həlledici sayılan qolun qeydə alınmasına qərar verib.
 

0
Tofiq Bəhramov yad olunub məşhur futbolçu