“Bavariya”nın yarımmüdafiəçisi Koranten Tolisso komandasını dəyişməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, Münhen klubundan ayrılacağını bildirən 27 yaşlı oyunçu artıq bir neçə təklif alıb.
Fransa millisinin üzvü İngiltərəyə köçməyə daha yaxındır. “Atletiko”, “İnter” və “Roma”nın gündəmində olan Tolisso “Tottenhem”lə danışıqlara başlayıb. London təmsilçisi mövsümün sonunda onu azad agent kimi heyətinə cəlb etmək üçün yanvarda rəsmi müqaviləyə qol çəkməyi planlaşdırır.
Qeyd edək ki, 2017-ci ildən “Bavariya”da çıxış edən Koranten Tolisso bu mövsüm 6 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir