Tomazo “Milan”a qayıdır
10.04.2022 - 00:44
Tomazo “Milan”a qayıdır

“Milan”ın futbolçusu Tomazo Pobeqa yayda “rossonyeri”nin heyətinə qayıdacaq.

Apasport.az saytının məlumatına görə, icarə əsasında “Torino”nun şərəfini qoruyan yarımmüdafiəçi mövsümün sonunda müqavilə ilə məxsus olduğu komandaya qoşulacaq.

Turin təmsilçisi 22 yaşlı futbolçunun icarə müddətini artırmaq niyyətindədir. Klub rəhbərliyi onun daha bir il qalmasında maraqlıdır. Lakin milanlılar Pobeqanın xidmətində maraqlı olduğundan onu geri qayıtmasına qərar verib.

Qeyd edək ki, Pobeqa mövsümün 26 matçında 4 qol vurub.