Torresə iki müştəri
04.04.2022 - 13:43
Torresə iki müştəri

İspaniya millisinin və “Vilyarreal”ın futbolçusu Pau Torres yayda klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçinin xidmətində “Mançester Yunayted” maraqlıdır.

İngiltərə klubu arxa xətt oyunçusunun keçidi ilə bağlı danışıqlara da başlamağı planlaşdırır. Lakin mançesterlilər 25 yaşlı futbolçunun yeganə müştərisi deyil. Müdafiəçinin adı “Real”ın da transfer siyahısına düşüb.

Qeyd edək ki, “Vilyarreal”ın yetirməsi olan Torres 2017-ci ildən əsas komandanın üzvüdür.