Tottidən Mbappe-Haland müqayisəsi: “Onunla yaxşı hücum dueti qurardım”
01.12.2021 - 22:36
Tottidən Mbappe-Haland müqayisəsi: “Onunla yaxşı hücum dueti qurardım”

“Roma”nın əfsanəvi kapitanı Françesko Totti PSJ-nin hücumçusu Kilian Mbappe ilə Dortmund “Borussiya”sının qolçusu Erlinq Halandın müqayisəsini aparıb.

Apasport.az saytının məlumatına görə, italiyalı sabiq ön xətt oyunçusu gənc forvardlar arasında seçimini də edib.

O, Kilian Mbappeni norveçlidən üstün tutub. Totti hətta Fransa millisinin hücumçusunun oyun üslubunu özünə bənzədib: “Onlar iki qeyri-adi oyunçudur. Əsas odur ki, bizim futboldan həzz almağımıza kömək olurlar. Əgər birini seçməli olsaydım, Mbappeyə üstünlük verərdim. Çünki onun oyun tərzi mənimkinə bənzəyir. Mbappe ilə yaxşı hücum dueti qurardıq”.

Qeyd edək ki, mövsümün sonunda Mbappenin PSJ-dən, Halandın isə “Borussiya”dan ayrılması gözlənilir.