“KPMG Football Benchmark” şirkəti bu mövsüm transfer dəyəri ən çox artan gənc futbolçuları araşdırıb.
Apasport.az saytının məlumatına görə, 20 yaşadək futbolçuların yer aldığı siyahıya 10 nəfər salınıb.
“10-luğ”a isə almaniyalı Florian Virts başçılıq edir. Gənc hücumameyilli oyunçunun transfer dəyəri qısa müddətdə 14,8 milyon avro artıb.
1. Florian Virts
Klubu: “Bayer”
Ölkəsi: Almaniya
Mövqeyi: pleymeyker
Yaşı: 18
Dəyərindəki artım: 14,8 milyon avro
Yeni transfer dəyəri: 72 milyon avro
2. Camal Musiala
Klubu: “Bavariya”
Ölkəsi: Almaniya
Mövqeyi: pleymeyker
Yaşı: 18
Dəyərindəki artım: 14,3 milyon
Yeni transfer dəyəri: 54 milyon
3. Peremi Pino
Klubu: “Vilyarreal”
Ölkəsi: İspaniya
Mövqeyi: vinger
Yaşı: 19
Dəyərindəki artım: 13,8 milyon
Yeni transfer dəyəri: 27 milyon
4. Mixael Olise
Klubu: “Kristal Pelas”
Ölkəsi: İngiltərə
Mövqeyi: pleymeyker
Yaşı: 19
Dəyərindəki artım: 10 milyon
Yeni transfer dəyəri: 20 milyon
5. Pyero İnkapye
Klubu: “Bayer”
Ölkəsi: Ekvador
Mövqeyi: mərkəz müdafiəçisi
Yaşı: 18
Dəyərindəki artım: 9,5 milyon
Yeni transfer dəyəri: 11 milyon
6. Cud Bellingem
Klubu: “Borussiya”, Dortmund
Ölkəsi: İngiltərə
Mövqeyi: vinger
Yaşı: 18
Dəyərindəki artım: 8,9 milyon
Yeni transfer dəyəri: 74 milyon
7. Eduard Kamavinqa
Klubu: “Real”
Ölkəsi: Fransa
Mövqeyi: orta sahə
Yaşı: 18
Dəyərindəki artım: 8,9 milyon
Yeni transfer dəyəri: 57 milyon
8. Yoşko Qvardiol
Klubu: “Leypsiq”
Ölkəsi: Xorvatiya
Mövqeyi: mərkəz müdafiəçisi
Yaşı: 19
Dəyərindəki artım: 8,8 milyon
Yeni transfer dəyəri: 30 milyon
9. İlaix Moriba
Klubu: “Leypsiq”
Ölkəsi: İspaniya
Mövqeyi: orta sahə
Yaşı: 18
Dəyərindəki artım: 7 milyon
Yeni transfer dəyəri: 27 milyon
10. Məhəmməd İhattaren
Klubu: “Yuventus” (“Sampdoriya”da icarədədir)
Ölkəsi: Niderland
Mövqeyi: pleymeyker
Yaşı: 19
Dəyərindəki artım: 6,7 milyon
Yeni transfer dəyəri: 19 milyon
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər