“Barselona” qış “transfer pəncərəsi” üçün əsas hədəfini müəyyənləşdirib.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu Rahim Sterlinqin keçidini həll etmək niyyətindədir.
İngiltərə millisinin və “Mançester Siti”nin forvardı La Liqa klubunun hücum xəttini gücləndirməlidir. Yayda 26 yaşlı futbolçunun keçidi baş tutmasa da, “Barselona” bu transferdən əl çəkmək fikrində deyil.
Sterlinqin özü də İspaniyada oynamaq arzusundadır. O, daha çox oyun praktikası qazanmaq üçün Mançester klubunu tərk etməyi planlaşdırır.
Qeyd edək ki, Premyer Liqa klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Rahim son vaxtlar meydana sonradan daxil olur.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər