Futbol tarixində çalışdırdığı komandalarda transferlərə ən çox pul xərclənən 5 baş məşqçi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, araşdırmaya əsasən, siyahıya Joze Morinyo başçılıq edir.
Portuqaliyalı mütəxəssisin karyerası ərzində pul qarşılığında 108 transferi olub ki, onlara ümumilikdə 1 milyard 710 milyon avro xərc çəkilib. İkinci pillədəki Pep Qvardiolanın dönəmində isə klubları daha az, amma yüksək məbləğə oyunçular transfer edib.
Çalışdırdığı klubları ümumilikdə 1 milyard avrodan çox xərcə salan baş məşqçilər bunlardır:
Joze Mourinyo
Pulla alınan oyunçu sayı: 108
Ödənilən məbləğ: 1 milyard 710 milyon avro
Orta hesabla hər oyunçuya ödənilən məbləğ: 15,8 milyon
Ən bahalı transferi: Pol Poqba – 105 milyon
Pep Qvardiola
Pulla alınan oyunçu sayı: 67
Ödənilən məbləğ: 1 milyard 590 milyon
Orta hesabla hər oyunçuya ödənilən məbləğ: 23,7 milyon
Ən bahalı transferi: Cek Qriliş – 117,5 milyon
Karlo Ançelotti
Pulla alınan oyunçu sayı: 103
Ödənilən məbləğ: 1 milyard 420 milyon
Orta hesabla hər oyunçuya ödənilən məbləğ: 13,8 milyon
Ən bahalı transferi: Qaret Beyl – 101 milyon
Manuel Pelleqrini
Pulla alınan oyunçu sayı: 94
Ödənilən məbləğ: 1 milyard 140 milyon
Orta hesabla hər oyunçuya ödənilən məbləğ: 12,3 milyon
Ən bahalı transferi: Kriştiano Ronaldo – 94 milyon
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər