Transferlərə ən çox pul xərcləyənlər – son 22 ildə
06.03.2022 - 14:48
Transferlərə ən çox pul xərcləyənlər – son 22 ildə

2000-ci ildən bəri İngiltərədə transferlərə ən çox pul xərcləyən klubların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, son 22 il ərzində oyunçu keçidləri üçün ən çox xərcə düşən komanda “Çelsi”dir.

Roman Abramoviçin gəlişindən sonra Avropanın ən zəngin klublarından birinə çevrilən “zadəganlar” bu müddət ərzində transferlərə 2 milyarddan çox pul xərcləyib. İlk “üçlüy”ün digər sakinləri isə Mançester təmsilçiləridir.

1. “Çelsi” - 2,44 milyard avro
2. “Mançester Siti” - 2,35 milyard
3. “Mançester Yunayted” - 2,02 milyard
4. “Liverpul” - 1,65 milyard
5. “Tottenhem” – 1,43 milyard
6. “Arsenal” – 1,39 milyard
7. “Everton” – 990 milyon
8. “Nyukasl” – 940 milyon
9. “Aston Villa” – 930 milyon
10. “Vest Hem” – 880 milyon
 

0