2021-ci ildə transferlərə ən çox vəsait xərcləyən ölkələr açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvələ İngiltərə başçılıq edir.
Futbolun yaradıcıları ötən il 1,3 milyard dollardan artıq vəsait xərcləyib. İkinci yerdə qərarlaşan İtaliya təxminən ikiqat fərqlə geridədir.
“Top-5”də yalnız “Böyük beşlik” ölkələri yer alıblar. Onları ABŞ klubları izləyir.
Qardaş Türkiyə də “onluğ”a düşüb. Qonşularımız oyunçu keçidlərinə 107,2 milyon dollar xərcləyib.
1. İngiltərə - 1 milyard 386,2 milyon dollar
2. İtaliya – 667,7 milyon dollar
3. Fransa – 511,8 milyon dollar
4. Almaniya – 451,9 milyon dollar
5. İspaniya – 347,8 milyon dollar
6. Belçika – 179,9 milyon dollar
7. ABŞ – 159,9 milyon dollar
8. Rusiya – 131,2 milyon dollar
9. Türkiyə - 107,2 milyon dollar
10. Portuqaliya – 100,2 milyon dollar