Turabov Albaniyada qaldı
07.02.2020 - 13:13
Bakının “Sabah” klubunun futbolçusu Eltun Turabovun gələcək karyerasına aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, mövsümün ilk yarısını icarə əsasında Albaniyanın “Biliş” klubunda keçirən futbolçunun bu komandada qalacağı dəqiqləşib.
Yarımmüdafiəçi zədəli olduğu üçün onun Albaniyaya yollanıb-yollanmayacağı dəqiq deyildi. Lakin o, zədəsini sağaldaraq Albaniya təmsilçisinin düşərgəsinə yollanıb.
Qeyd edək ki, E.Turabov Albaniya Super Liqasında 8 oyun keçirib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0