Turan Manafovun “Olimpiakos”a keçidi rəsmiləşdi
21.01.2022 - 21:22
Turan Manafovun “Olimpiakos”a keçidi rəsmiləşdi

“Səbail”in futbolçusu Turan Manafovun Yunanıstanın “Olimpiakos” klubuna keçidi rəsmiləşib. 

Apasport.az klubun saytına istinadən məlumat verir ki, 24 yaşlı müdafiəçi 2-ci liqada çıxış edən Volos təmsilçisinə icarəyə verilib. 

O, 2021/2022 mövsümünün sonunadək bu komandanın formasını geyinəcək. 

Qeyd edək ki, 2019-cu ildən “Səbail”də oynayan Manafovla Bakı təmsilçisi bu gün müqaviləni daha 1 illiyə uzadıb. O, 2023-cü ilin yayına qədər hazırkı klubuna məxsusdur.