Türkiyə 4 qol vurdu - yığmamıza
03.09.2021 - 23:51
Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Apasport.az saytının məlumatına görə, "Dalğa Arena"da Türkiyə millisi ilə qarşılaşan yığmamız 1:4 hesabı ilə məğlub olub.
U-17-nin qolunu İbrahim İbrahimli vurub.
Sentyabrın 6-da bu komandalar arasında növbəti oyun keçiriləcək.
0
0