Türkiyənin Elazığ şəhərində baş vermiş 6,8 bal gücündə zəlzələ futbol sahəsinə də təsir edib.
Apasport.az saytının məlumatına görə, zəlzələ TFF 2-ci liqada mübarizə aparan "Elazığspor"un bazasına ciddi ziyan vurub.
Klub prezidenti Səlçuk Öztürk fəaliyyətlərini dayandırmağı planlaşdırdıqlarını söyləyib: "Zəlzələnin ən çox zərər vurduğu Sürsürü məhləsinə yaxınlıqdayıq. Bazamızdakı binaların 25-30 illik ömrü var. Aşağı yaş qrupundakı oyunçularımızın ailələrinin qaldığı evlər yararsız hala düşüb. Həmçinin başqa şəhərlərdən gələn futbolçular da getmək istəyirlər. Bu durumda oyunlara çıxmaq istəmirik. Ad haqqını qorumaq şərti ilə çempionatdan çıxmaq üçün federasiyaya müraciət edəcəyik".
Qeyd edək ki, "Elazığspor" hazırda yer aldığı çempionatda 16 xalla 16-cı pillədə qərarlaşır.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı