Türkiyə nəhənglərindən 5 milyonluq tələb
07.04.2022 - 12:34
Türkiyə nəhənglərindən 5 milyonluq tələb

Türkiyə Super Liqasında ilk mövsümünü keçirən Umut Bozok çempionatın dörd böyük klubunun hədəfindədir.

Apasport.az saytının məlumatına görə, “Kasımpaşa” “Loryan”dan sonradan almaq şərtilə icarəyə götürdüyü hücumçunu satmağa razıdır.

İstanbul təmsilçisi Bozok üçün qiyməti də müəyyənləşdirib. “Kasimpaşa” rəhbərliyi “Trabzonspor”, “Beşiktaş”, “Qalatasaray” və “Fənərbaxça”nın heyətinə qatmaq istədiyi futbolçu üçün 5 milyon avro tələb edir.

Qeyd edək ki, Umut cari mövsümdə 14 qol və 7 assistə imza atıb.