Türkiyə yığmasının Azərbaycanla oyununun stadionu dəqiqləşdi
19.02.2020 - 21:01
Azərbaycan milli komandasının Türkiyə yığması ilə yoldaşlıq oyununun keçiriləcəyi şəhər və stadion dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, futbolçularımız "ay-ulduzlular"la səfər görüşünə Alanyada çıxacaqlar.
Matç Oba stadionunda oynanılacaq. Oyunun saatı hələ dəqiqləşməyib.
0
0