Avropa ölkələrinin çempionatları arasında ən çox baş məşqçi istefası Türkiyə Super Liqasında reallaşıb.
Apasport.az saytının məlumatına görə, cari mövsümün geridə qalan 27 turunda klublar düz 20 mütəxəssislə yollarını ayırıb.
Yerli mətbuat bu mövsüm istefaya göndərilən yerli çalışdırıcılardan ibarət simvolik “11-lik” hazırlayıb. “Altay” hətta bir yox, iki məşqçi ilə rəmzi komandada təmsil olunub. İstisna hal kimi, Türkiyə yığmasından ayrılan Şenol Güneş də simvolik kollektivə salınıb.
Qapıçı: Şenol Güneş (Türkiyə millisi);
Mərkəz müdafiəçiləri: Samet Aybaba (“Adana Demirspor”), Bülent Korkmaz (“Alanyaspor”);
Cinah müdafiəçiləri: Fatih Terim (“Qalatasaray”), Çağdaş Atan (“Antalyaspor”);
Yarımmüdafiəçilər: Ünal Karaman (“Göztepe”), Mustafa Denizli (“Altay”), Sergen Yalçın (“Beşiktaş”);
Hücumçular: Bülent Uyqun (“Çaykur Rizespor”), Mert Nobre (“Altay”), Aykut Kocaman (“Başakşehir”).