Türkiyədə klub prezidentinə silahlı hücum – ağır yaralandı
09.12.2020 - 23:50
Türkiyənin “Gümüşhanespor” klubunun prezidenti Vahid Olgün silahlı hücuma məruz qalıb.
Apasport.az saytının məlumatına görə, hadisə ikinci liqa təmsilçisinin rəhbərinin otağında baş verib.
Axşam saatlarında klubun bazasına gələn iki şəxs Olgünlə görüşmək istəyib. Onun otağına daxil olduqdan sonra onunla mübahisə edən şəxslər tapança ilə atəş açıb.
Cinayətkarlar hadisə yerindən qaçmağa müvəffəq olub. Ağır yaralanan klub prezidenti xəstəxanaya çatdırılıb. Polis hadisə ilə bağlı araşdırmalara start verib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0