Türkiyəli FIFA referisi karyerasını bitirdi
09.03.2022 - 17:00
Türkiyəli FIFA referisi karyerasını bitirdi

Türkiyənin FIFA hakimi Mete Kalkavan karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, 43 yaşlı referi bu barədə qərarını Türkiyə Futbol Federasiyasına bildirib.

Kalkavan Hakimlər Komitəsi tərəfindən Super Liqa hakimliyi əlindən alınan 13 nəfər sırasında olmasa da, baş verənlərdən təsirlənərək, karyerasını bitirməyi məqsədəuyğun bilib.

Qeyd edək ki, Cüneyt Çakır, Ali Palabıyık, Aldulkadir Bitigen, Fırat Aydınus, Bahattin Şimşek, Burak Şeker, Suat Arslanboğa, Hüseyin Göçek, Mert Güzenge, Tuqay Kaan Numanoğlu, Alper Ulusoy və Halis Özkahya Super Liqa hakimliyindən çıxarılıb, Özgür Yankaya isə yalnız VAR hakimi kimi təyinat ala biləcək.
 

0