Türkiyənin 2021-ci il üçün ən məşhur məşqçilərinin adları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, “Adba Analytics” şirkəti il ərzində sosial şəbəkələrdə haqqında ən çox bəhs edilən mütəxəssisləri araşdırıb.
Məlum olub ki, bir müddət əvvəl “Qalatasaray”ın baş məşqçi postundan ayrılan Fatih Terim keçən il sosial şəbəkənin ən məşhur siması olub. Təcrübəli çalışdırıcı haqda ümumilikdə 3,3 milyon rəy yazılıb. Onu “Beşiktaş”dan ayrılan Sərgən Yalçın izləyib. İlk “üçlüy”ü isə Türkiyə millisinin sabiq baş məşqçisi Şenol Güneş qapayıb.
1. Fatih Terim – haqqında 3,3 milyon rəy
2. Sergen Yalçın – 1,6 milyon
3. Şenol Güneş - 877 min
4. Erol Bulut - 660 min
5. Vitor Pereira - 619 min
6. Emre Belözoğlu - 541 min
7. Abdullah Avcı - 348 min
8. Rıza Çalımbay - 156 min
9. Hikmet Karaman - 99 min
10. Mustafa Denizli - 89 min