Türkmənistan yığması, yoxsa Azərbaycan? - "Sumqayıt"lı seçim qarşısında
29.03.2020 - 12:41
Türkmənistan yığması, yoxsa Azərbaycan? - "Sumqayıt"lı seçim qarşısında

"Sumqayıt"ın müdafiəçisi Camaləddin Xocaniyazov seçim qarşısında qalıb.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı futbolçunun hansı milli komandanın formasını geyinəcəyi hələ müəyyənləşməyib.

Rusiyanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş Xocaniyazovun bu ölkənin əsas millisinə düşmək perspektivi yoxdur. Ancaq Türkmənistanda doğulan oyunçuya vətənindən dəvət gəlib. Xocaniyazov isə bunu müsbət qarşılamağa tələsmir. Çünki onun Azərbaycan millisində oynamaq şansı da mövcuddur.

Hələ rəsmi təklif almasa da, Camaləddinin ilk istəyi yığmamızda oynamaqdır. İndiki durumda bu variant daha real görünür. Bununla həm Avropada qalacaq, həm də daha böyük turnirlərdə iştirak imkanı əldə edəcək.

Qeyd edək ki, Camaləddin Xocaniyazov "Sumqayıt"a ötən ilin yayında BATE-dən keçib.