Azərbaycan Premyer Liqasında XX turun ən yaxşı futbolçusu və rəmzi komandası açıqlanıb.
Apasport.az saytının məlumatına görə, “İnstat” şirkətinin təhlilinə əsasən Nikolas Raysel turun oyunçusu seçilib.
“Qəbələ”nin futbolçusu “Sumqayıt”la görüşdə (5:0) dubl müəllifi olmaqla ən yüksək indeksə layiq görülüb. O, iki qoldan başqa bir məhsuldar ötürmə ilə də fərqlənib.
Turun rəmzi “11-liy”ində isə 5 klubun üzvləri yer alıb:
Qapıçı: Anar Nəzirov – 303 (“Qəbələ”)-3
Müdafiəçilər: Donald Gerye - 296 (“Neftçi”)-3, İviça Juniç – 310 (“Qəbələ”)-4, Anton Krivotsyuk - 306 (“Neftçi”)-6, Amin Seydiyev - 350 (“Qəbələ”)
Yarımmüdafiəçilər: Stiven Monroz – 300 (“Neftçi”)-6, Emin Mahmudov - 345 (“Neftçi”)-3, Şafik Tiqrudja - 329 (“Zirə”)-3, Xayme Romero – 306 (“Qarabağ”)-6
Hücumçular: Nikolas Raysel - 352 (“Qəbələ”), Riçard Qadze – 268 (“Zirə”)-2
Qeyd: Oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.