Tuxel: “Santyaqo Bernabeu”ya getməyimizə ehtiyac qalmayacaq”
07.04.2022 - 11:38
Tuxel: “Santyaqo Bernabeu”ya getməyimizə ehtiyac qalmayacaq”

“Ağır məğlubiyyət aldıq. “Stemford Bric”də ən zəif birinci hissəmizi keçirdik”.

Apasport.az saytının məlumatına görə, bunu “Çelsi”nin baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”a 1:3 hesabı ilə məğlub olduqları ev oyunundan sonra deyib.

Almaniyalı mütəxəssis son vaxtlar zəif oyun ortaya qoyduqlarını etiraf edib. O, İspaniyadakı cavab görüşü üçün ümidli olmadığını da söyləyib: “Çətin dönəmdən keçirik. Əvvəlcə “Sauthempton”a getməliyik. Belə davam etsək, çempionatda “Sauthempton”a da uduzacağıq və “Santyaqo Bernabeu”ya getməyimizə ehtiyac qalmayacaq. Çünki bu gedişlə orada da uduzacağıq”.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı aprelin 12-də keçiriləcək.