Tuxelin həsrəti
19.01.2022 - 13:23
Tuxelin həsrəti

“Çelsi”nin Premyer Liqadakı qələbəsiz oyunlar seriyası 4-ə çatıb.

Apasport.az saytının məlumatına görə, London klubu “Brayton”la matçda da qalib gələ bilməyib.

1:1 hesablı heç-heçə “Çelsi”nin son 4 oyunda üçüncü sülhüdür. Komanda bir görüşdə uduzub.

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel sonuncu dəfə belə halla 2016-cı ildə üzləşib. Almaniyalı mütəxəssis Dortmund “Borussiya”sında işlədiyi vaxt ardıcıl 4 matçda qələbə həsrəti yaşayıb.

Qeyd edək ki, “Çelsi” son 11 matçda 3 qələbəyə sevinib.