Tuxelin daha bir köməkçisi komandasını dəyişdi
06.02.2022 - 00:35
Tuxelin daha bir köməkçisi komandasını dəyişdi

“Çelsi”nin baş məşqçisi Tomas Tuxelin daha bir köməkçisi özünə yeni iş tapıb.

Apasport.az saytının məlumatına görə, Entoni Barri bundan sonra həm də Belçika millisinin məşqçilər korpusunda yer alacaq.

İrlandiya yığmasındakı işindən ayrılan Barri artıq Roberto Martinesin köməkçiliyini edəcək. Mütəxəssis Tuxelin köməkçisi vəzifəsində də qalacaq. Yalnız beynəlxalq fasilələrdə Belçika yığmasına qoşulacaq. Belçika millisi ilin sonunda DÇ-2022-də iştirak edəcək.

Qeyd edək ki, “Çelsi”nin digər məşqçiləri Eşli Koul və Co Edvards “Everton”a keçib.