23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yaradılmayacaq.
Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov deyib.
“Azərbaycan Radio”sunun qonağı olan Məmmədov bildirib ki, U-23 yığmasının yaradılması ilə bağlı təklif qəbul edilməyib: “AFFA İcraiyyə Komitəsində belə bir fikir səslənmişdi. Ancaq bu təklif təsdiqlənmədi. Mənim fikrimi soruşursunuzsa, buna ehtiyac yoxdur. Çünki həmin yaşda oyunçu artıq əsas millidə oynamalıdır. Əlavə U-23 yığmasına ehtiyac yoxdur. Bu, bizim sistemimizə də uyğun gəlmir. Premyer Liqada klublarla bağlı da limit var. U-23-ün yaradılması artıq gündəmdə deyil”.