
AVRO-2020-nin final mərhələsinin səfirlərinin siyahısında dəyişiklik olub.
APA-nın məlumatına görə, UEFA daha 14 məşhuru səfirlər sırasına daxil edib.
Onlar öncədən elan olunan 34 ulduza qoşulublar. Yeni səfirlər Miroslav Kloze, Ştefan Froynd, Kristian Siqe, Tomas Helmer (hamısı Almaniya), Markos Senna (İspaniya), Yorqos Karaqunis, Teodoros Zaqorakis (hər ikisi Yunanıstan), Patrik Berqer (Çexiya), David Simen, Pol Qaskoyn (hər ikisi İngiltərə), Jan-Fransua Domerq, Alen Jiress, Jan Tiqana, Luis Fernandesdir (hamısı Fransa).
Qeyd edək ki, AVRO-2020-nin final mərhələsinin 4 oyunu Bakıda keçiriləcək.