Konfrans Liqasının qrup mərhələsinin III turunda qeydə alınan qollardan 4-ü və həmin oyunlarla bağlı statistik göstəricilər açıqlanıb.
Apasport.az saytının məlumatına görə, UEFA “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynovun “Kayrat”la ev matçının son dəqiqələrində vurduğu qolu da fərqləndirib.
Məhz millimizin üzvünün fotosunun dərc edildiyi yazıda Azərbaycan klubunun qalibiyyət sayəsində cari mövsüm ardıcıl 16-cı qarşılaşmada məğlub olmadığı və onların 11-də qələbə qazandığı vurğulanıb.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda “Qarabağ” “Kayrat”ı məhz Abbas Hüseynovun 90+1-ci dəqiqədə vurduğu qolu sayəsində 2:1 hesabı ilə məğlub edib. 26 yaşlı cinah müdafiəçisi qolu matçdan iki gün əvvəl vəfat edən nənəsinə həsr edib.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir